Elton Con Putini ikiüzlülükdə ittiham edib

Elton Con Putini ikiüzlülükdə ittiham edib Britaniyalı musiqiçi Elton Con Rusiya prezidenti Vladimir Putinin LGBT haqqında da fikir söylədiyi müsahibəsinə münasibət bildirib.
Şou-biznes
29 İyun , 2019 06:47
Elton Con Putini ikiüzlülükdə ittiham edib

Britaniyalı musiqiçi Elton Con Rusiya prezidenti Vladimir Putinin LGBT haqqında da fikir söylədiyi müsahibəsinə münasibət bildirib.

"Report" xəbər verir ki, musiqiçi bu barədə öz "İnstagram" səhifəsində yazıb.

İfaçı Rusiya liderinin multikulturalizm və cinsi fərqliliyin köhnəlməsi barədə fikirləri ilə razılaşmayıb:

"Mən sizin LGBT-nin "xoşbəxt olması"nı istəməyiniz və bununla bağlı probleminizin olmadığını söyləməyinizi riyakarlıq hesab edirəm".

O, "Roketmen" filmindən gey-səhnələrin çıxarıldığını xatırladıb və bunu öz nöqteyi nəzərindən ikiüzlülük hesab etdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi