Demet Akalın: “Bakıya Hadisənin olduğu təyyarədə getməyəcəm”

Demet Akalın: “Bakıya Hadisənin olduğu təyyarədə getməyəcəm” Müğənni Bakıya həyat yoldaşı Okan Kurtla bərabər gələcək
Şou-biznes
21 Noyabr , 2016 10:32
Demet Akalın: “Bakıya Hadisənin olduğu təyyarədə getməyəcəm”

Bakı. 21 noyabr. REPORT.AZ/ Türkiyəli məşhur müğənni Demet Akalanın Bakı Olimpiya Stadionunda keçiriləcək konsertlə bağlı rayder tələbi müəyyənləşib.

Stadionun mətbuat katibi Cəmilə Mehdiyeva “Report”a bildirib ki, müğənni Bakıya həyat yoldaşı Okan Kurtla bərabər gələcək.

Stadionun mətbuat xidmətindən o da qeyd olunub ki, Demetin başqa bir tələbi isə Hadisə ilə eyni təyyarədə paytaxta gəlməməsidir.

Xatırladaq ki, iki məşhur arasında illərdir səs-küylü qarşıdurma yaşanır.

Qeyd edək ki, dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə təşkil olunacaq “ƏN Yeni İl” adlı konsert proqramında yerli ulduzlar Röya və Miri Yusif ilə yanaşı, türk estrada ulduzları Hadise, Demet Akalın, Murat Dalkılıç, Berksan, Ozan Doğulu, məşhur DJ-lər Cemre və Mahmut Orhan çıxış edəcəklər.

Tədbirin informasiya dəstəkçisi “Report” İnformasiya Agentliyidir. Sponsorlar isə AAAF Park Yaşayış Kompleksi, “High Boost”, “Seat”, “Baku Entertainment Factory”, "Hell" və Iticket.az saytıdır.

Son xəbərlər

Orphus sistemi