Yuxarı
    Bağlamaq

    "CinemaPlus" uşaqları yaz tətillərində sevindərəcək - VİDEO

    Kinoteatr xüsusi bayram repertuarı tərtib edib

    Bakı. 19 mart. REPORT.AZ/ Azərbaycanın premium kinoteatrı "CinemaPlus" yaz tətili və Novruz bayramı ilə əlaqədar istirahət günlərini nəzərə alaraq xüsusi bayram repertuarı tərtib edib. "Report"un məlumatına görə, repertuarın böyük hissəsi "Ay bayrağı" və "Norm və Yenilməzlər" cizgi filmlərinə ayrılıb.

    "Ay bayrağı" cizgi filmində 12 yaşlı Mayk öz dostları ilə birgə kinli milyarder Karsonun Ayı zəbt etməsindən xilas etməyə çalışırlar. Lakin bunun üçün sadəcə olaraq kosmosa uçmaq lazımdır. Görəsən, sadə yeniyetmələr kosmik bazaya daxil ola, aya enə və kinli caniyə qalib gələ biləcəklər? Bunun üçün dostların, sadiq ev kərtənkələsi və doğma babanın köməyi lazımdır. Bütün ailəni birləşdirən böyük kosmik səyahət başlayır!

    "Norm və Yenilməzlər" cizgi filmində mehriban ağ ayı və çevik lemminqlər doğma Arktikalarını məkrli korporasiyadan xilas etməyi qarşılarına məqsəd qoyurlar. Güclü rəhbər Mister Qrin təmiz buzlar arasında varlılar şəhəri tikmək istəyir və indi xovlu dəstə ona qarşı elə düşmənin ərazisində mübarizə aparmalıdır. Norm və Yenilməzlər düz meqapolisin daş cəngəlliklərinə yola düşürlər. Onların cazibəsi, cəsarəti, zarafatları və rəqsləri, ən əsası da hərarətli "Arktik Şeyk" rəqsi şəhərlilərin könüllərini fəth etmələrinə yardımçı olacaq. Lakin qələbə üçün sadəcə ulduz olmaq kifayət deyil. Qarşıda onları əsl sınaqlar və macəralar qasırğası gözləyir.

    Qeyd edək ki, "Azadlıq" prospekti, 45 ünvanında "28 Mall" Ticarət Mərkəzinin 5-ci mərtəbəsində yerləşən kinoteatr adını dəyişib və keçən ilin dekabr ayından "CinemaPlus" adlanır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi