Yuxarı

“CinemaPlus” “Kefli valideynlər” komediyasının nümayişinə başlayıb - VİDEO

“CinemaPlus” “Kefli valideynlər” komediyasının nümayişinə başlayıb

“CinemaPlus” kinoteatrlar şəbəkəsi 2019-ci ildə “Cinemazadeh” studiyasında Azərbaycan dilinə peşəkar dublyaj olunmuş “Kefli valideynlər” komediyasının nümayişinə başlayıb.

"Report" xəbər verir ki, dublyajın redaktoru və tərcüməçisi Vüqar Hüseynov, rejissoru Kamal Yaşar, səs rejissoru Orxan Ağalarov, post-prodakşnı Rüfət Kərimzadə, icraçı prodüsseri Əlisəttar Quliyev, baş prodüsseri Cəfər Axundzadədir.

Filmi Oksana Rəsulova, Vüsal Hacıqədir, Əlixan Rəcəbov, Təranə Ocaqverdiyeva, Rəhim Rəhimov, Rauf Ağakişiyev, Toğrul Rza və Mahir Mirişli səsləndirib.

Ekran işinin rejissoru Fred Vulfdur. Baş rollarda məşhur hollivud aktyorları Salma Hayek və Alek Bolduin çəkilib.

Kinoda süjetin mərkəzində olan ailə cütlüyü Frenk və Nensi, dostları və qızlarından maliyyə iflasını gizlətməyə çalışırlar. Bunun üçün onlar hər şeyə gedirlər, hətta özgəsinin malikanəsini kirayə verirlər. Lakin avantürist cütlük inanılmaz fırıldaqlarını həyata keçirə biləcəklərmi? Axı onların hər bir addımı içmək üçün əla bəhanədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi