“CinemaPlus”da “Ulduz Müharibələri: Skayuolkerin yüksəlişi” kosmik hekayəsinə həsr olunmuş şou proqram keçirilib - VİDEO

“CinemaPlus”da “Ulduz Müharibələri: Skayuolkerin yüksəlişi” kosmik hekayəsinə həsr olunmuş şou proqram keçirilib - VİDEO “CinemaPlus” Premium-klass kinoteatrında “Ulduz Müharibələri: Skayuolkerin yüksəlişi” kosmik hekayəsinə həsr olunmuş şou proqram keçirilib.
Şou-biznes
25 Dekabr , 2019 17:34
“CinemaPlus”da “Ulduz Müharibələri: Skayuolkerin yüksəlişi” kosmik hekayəsinə həsr olunmuş şou proqram keçirilib - VİDEO

“CinemaPlus” Premium-klass kinoteatrında “Ulduz Müharibələri: Skayuolkerin yüksəlişi” kosmik hekayəsinə həsr olunmuş şou proqram keçirilib.

Kinoteatrdan "Report"a verilən məlumata görə, reklam stendinin qarşısındakı qırmızı xalçada tamaşaçılar böyük məmnuniyyətlə işıq şousunun iştirakçıları ilə şəkillər çəkdiriblər.

Filmin rejissoru Cey Cey Abramsdır. Baş rollarda Billi Lurd, Lupita Nionqo, Deyzi Ridli, Adam Drayver və Mark Hemill var.

Bu film qırx ildən çoxdur davam edən Skayuolker ailəsinin inanılmaz hekayəsini tamamlayır və öncəki bölümün bütün tapmacalarına cavab verməyi vəd edir.

Tamaşaçıları köhnə və yeni qəhrəmanları, bənzərsiz dünyaları, qalaktikanın sərhədinə səyahətlər və fantastik saqanın böyük finalı gözləyir. Tədbirin təşkilində dəstəyi “Light in Black” kreativ şirkəti və “Show1Baku” göstəriblər.

 “CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Son xəbərlər

Orphus sistemi