Yuxarı

“Cinemaplus”da Tarantinonun doqquzuncu filminin nümayişi olub - VİDEO

​“Cinemaplus”da Tarantinonun doqquzuncu filminin nümayişi olub

“Gənclik Mall” ticarət mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında dünya şöhrətli rejissor Kventin Tarantinonun “Bir dəfə Hollivudda” filminin rəsmi premyeradan bir gün əvvəl qapalı nümayişi baş tutub.

"Report" xəbər verir ki, təqdimatda 1960-70 illərin atmosferi hökm sürüb. 

Həmçinin tədbirdə furşet, alkoqol və alkoqolsuz içkilər təşkil edilib. Bundan başqa, təqdimat fərqli dekorasiya, musiqi, şou proqram və mükafatlı müsabiqələri ilə diqqət çəkib.

Gecəyə qatılanlar xüsusi dress-koda diqqət edən məşhurlar, jurnalistlər, blogerlər, iş adamları və təşkilatçılar olub.

Qeyd edək ki, Tarantinonun doqquzuncu filmi ən çox məşhurun bir arada olduğu ekran işidir. Belə ki, burada Leonardo Di Kaprio, Bred Pitt, Marqo Robbi, Al Paçino və Kurt Rassel kimi dünya şöhrətli sənətçilər yer alıb.

Filmdə hadisələr 1969-cu ilin yayında cərəyan edir. Məşhur bir serialda oynayan kiçi aktyor film sektoruna girmək istəyir. Aktyorun yaxın dostu və dublyoru da eyni niyyətdədir. Ekran işində arxa planda qalan hekayə isə Çarlz Menson və dörd dostunun müridləri tərəfindən qorxunc şəkildə öldürülməsidir.

Tədbirin təşkilində Light in Black, “Narmin Event” dekor şirkəti, “Honor” telefonlarının eksklüziv distribyuteri “İrşad Electronics”, “İdeal Perfumery” və “Carolina Herrera” kosmetikası, Harmony Dance Studio by Farid Mehdiyev, “Taksim kebap” restoranı, “Abşeron şərab” və “Şeh Su” dəstək göstərib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi