“CinemaPlus”da “Quşcuğazlar” animasiya filminin nümayişi baş tutub - VİDEO

“CinemaPlus”da “Quşcuğazlar” animasiya filminin nümayişi baş tutub - VİDEO Film Rijik adlı balaca quş balası və zahid-kəklik Qayronun sərgüzəştindən bəhs edir
Şou-biznes
27 Aprel , 2018 18:32
“CinemaPlus”da “Quşcuğazlar” animasiya filminin nümayişi baş tutub - VİDEO

Bakı. 27 aprel. REPORT.AZ/ “CinemaPlus” premium kinoteatrlar şəbəkəsində 2018-ci ildə “Cinemazadeh” studiyasında Azərbaycan dilində peşəkar dublyaj olunmuş İslandiya və Belçika istehsalı olan “Quşcuğazlar” animasiya filminin nümayişi baş tutub.

"Report" xəbər verir ki, filmi İslam Mehrəliyev, Kəmalə Piriyeva, Əlixan Rəcəbov, Erkin Ergin, Kamran Ağabalayev, Rövşən Məmmədli, Səid Nizami, Zemfira Əbdülsəmədova və Vüsal Hacıqədir səsləndiriblər. 

Dublyajın baş redaktoru Xətai Əli, rejissoru Rövşən Məmmədli, səs rejissoru Azad Vəliyev, səs operatoru Orxan Ağalarov, tərcüməçi Xumar Quluzadə, post prodakşn supervayzeri Vüqar İslamzadə, baş prodüseri Cəfər Axundzadədir.

Ailəvi komediya cizgi filminin rejissoru Arni Asgeirssondur.

Animasiya filmi Rijik adlı balaca quş balası və zahid-kəklik Qayronun sərgüzəştindən bəhs edir. Rijik dəstəsindən geri qalıb cənuba uça bilməyəndə tale onları qovuşdurur. Rijik qəribə və daim deyinən Qayronu ona Cənnət vadisi dağlarda quşların sərt qışı keçirə biləcəkləri gizli yerin yolunu göstərməyə razı salmağa çalışır. Ora gedən yol çoxlu təhlükələrlə doludur. Getdikcə ruhdan düşməyən Rijik köhnə zahidin ürəyini yumşalda bilir. Bu cütlük birlikdə bir-biri üçün dağları yaracaq gücünə malik əsl ailə olurlar.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır. 

Son xəbərlər

Orphus sistemi