“CinemaPlus”da “Qar adamı axtarışında” cizgi filminin xeyriyyə nümayişi keçirilib - VİDEO

“CinemaPlus”da “Qar adamı axtarışında” cizgi filminin xeyriyyə nümayişi keçirilib - VİDEO Bakı. 28 avqust. REPORT.AZ/ “CinemaPlus 28 Mall” premium kinoteatrında bu il “Cinemazadeh” studiyasında Azərbaycan dilinə peşəkar dublyaj edilən Kanada istehsalı olan “Qar adamı axtarışında” animasiya filminin uşaqlar üçün xeyriyyə nümayişi keçirilib.
Şou-biznes
28 Avqust , 2018 15:27
“CinemaPlus”da “Qar adamı axtarışında” cizgi filminin xeyriyyə nümayişi keçirilib - VİDEO
0 : 00
0 : 00

Bakı. 28 avqust. REPORT.AZ/ “CinemaPlus 28 Mall” premium kinoteatrında bu il “Cinemazadeh” studiyasında Azərbaycan dilinə peşəkar dublyaj edilən Kanada istehsalı olan “Qar adamı axtarışında” animasiya filminin uşaqlar üçün xeyriyyə nümayişi keçirilib.

"Report" xəbər verir ki, cizgi filmi başlamazdan öncə uşaqlar üçün sehrbaz Anarın çıxışı ilə əyləncə proqramı təşkil olunub.

Animasiya filmini Vüsal Xalıqoğlu, Mətanət Abbaslı, Rövşən Məmmədli, Pərviz Məmmədrzayev, Emin Nəsirli, Ramil Zeynalov, Nəcibə Hüseynova, Vüsal Hacıqədir və Elşən Rüstəmov dublyaj ediblər.

Dublyajın rejissoru Vüsal Məmmədov, redaktoru Vüqar Hüseynov, səs rejissoru Natiq Şəkərəliyev, səs operatoru Rəhman Hacıyev, post-prodakşn supervayzer Vüqar İslamzadə, icraci prodüseri Emil Davudzadə, baş prodüser Cəfər Axundzadədir.

Ailəvi cizgi filminin rejissorları Pyer Qreko və Nensi Sevarddır.

Qeyd edək ki, cizgi filmində şəxsi detektiv Nelli və botanik-alim Saymonun maraqlı sərgüzəştlərindən bəhs edilir. Onlar əminliklə Qar adamının varlığına inanırlar. Mifik heyvanın varlığını sübut etmək üçün tədqiqatçılar Himalayın düz mərkəzinə yola düşməli və onu tapmalıdırlar.

Son xəbərlər

Orphus sistemi