Yuxarı

“CinemaPlus”da “Playboy əməliyyatçı” filminin azərbaycan dilində nümayişi keçirilib - VİDEO

​“CinemaPlus”da “Playboy əməliyyatçı” filminin azərbaycan dilində nüma

“Gənclik Mall” ticarət mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında “Cinemazadeh” studiyasında dublyaj olunmuş “Playboy əməliyyatçı” fransız komediyasının Azərbaycan dilində nümayişi keçirilib.

"Report" xəbər verir ki, ekran işini İslam Mehrəliyev, Oksana Rəsulova, Allahverdi Yolçiyev, Emin Nəsirli, Erkin Ergin, Vüsal Həci-Qədir, Vüqar Hüseynov, Samir Ələskərov, Azadə Abbasova, Rəhim Rəhimov, Yasamən Malik, Kamilla Babayeva, Azər Aydəmir, Gülnarə Zulalova, Günel İmanova, Nicat Ələskərov, Aysun Ələskərova və Aynur Axundzadə səsləndiriblər.

Dublyajın rejissoru Samir Ələskərov, redaktoru Vüqar Hüseynov, səs rejissoru Orxan Ağalarov, səs operatoru Ağamalik Abbaszadə, post-prodakşn Rüfət Kərimzadə, icraçı prodüsseri Əli-Səttar Quliyev, baş prodüsseri isə Cəfər Axundzadədir.

Kinonun rejissoru Filipp Laşodır.

Baş rollarda Filipp Laşo, Elodi Fontan və Pamela Anderson ifa ediblər.

Filmin süjet xəttinə görə, Niki Larson super xəfiyyə və dünyanın ən güclü cangüdənidir. Onu çox təhlükəli bir missiya gözləyir - oğurlanmış parfumu tapmaq, hansı ki, onu istifadə edən hər kəsi əks cins üçün cəlbedici edir.

Tədbirin təşkilində “Cinemazadeh” dublyaj studiyası, "Cinema Distribution", "Basilur", "Fresh Azcake" və "Ceylan" MMC dəstək olublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi