Yuxarı
    Bağlamaq

    "CinemaPlus"da "Londonun süqutu" filminin nümayişinə start verilib - VİDEO

    Film İran əsilli isveçli rejissor Babaka Nəcəfinin ingilis dilli debütudur

    Bakı. 17 mart. REPORT.AZ/ Azərbaycanın premium kinoteatrı "CinemaPlus" əsl savaş filmləri pərəstişkarlarını "Londonun süqutu" filminin nümayişinə dəvət edir. "Report"un məlumatına görə, film tamaşaçılara britaniya paytaxtının küçələrində geniş miqyaslı dağıntılar, tozlu, qanlı, sərt toqquşmalı partlayışlar və yüksək sürətli təqiblər göstərəcək.

    "Londonun süqutu"- İran əsilli isveçli rejissor Babaka Nəcəfinin ingilis dilli debütudur. Filmdə baş rolları Cerard Batler, Aaron Ekhart və Morqan Friman oynayıb.

    Ekran işində hadisələr Böyük Britaniyanın baş nazirinin müəmmalı şəkildə öldüyü Londonda cərəyan edir. Dəfn mərasimində qərb dünyasının rəhbərləri iştirak edirlər. Lakin Yer üzündə ən təhlükəsiz hadisə kimi başlayan mərasim dünyanın ən güclü dövlətlərinin liderlərinə qarşı ən təhlükəli qəsd halı alır və bütün dünyanın gələcəyini təhdid edir. Yalnız üç nəfər fəlakətin qarşısının alınmasına ümidlərini itirmir: ABŞ prezidenti, onun sadiq köməkçisi – xüsusi xidmət agenti və ingilislərin Mİ-6-nın heç kəsin etibar etmədiyi agenti.

    Qeyd edək ki, "Azadlıq" prospekti, 45 ünvanında "28 Mall" Ticarət Mərkəzinin 5-ci mərtəbəsində yerləşən kinoteatr adını dəyişib və keçən ilin dekabr ayından "CinemaPlus" adlanır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi