Yuxarı

“CinemaPlus”da “Hellboy” fantastik filminin Azərbaycan dilində nümayişi keçirilib - VİDEO

​“CinemaPlus”-da “Hellboy” fantastic filminin azərbaycan dilində nümay

“Gənclik Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında fantastik janrda çəkilən “Hellboy” filminin nümayişi keçirilib. 

"Report" xəbər verir ki, ekran əsəri “Cinemazadeh” studiyasında Azərbaycan dilinə dublyaj olunub.

Tədbirdə azərbaycanlı şou ulduzları, aparıcılar, rejissorlar, produserlər, bloqqerlər və KİV nümayəndələri iştirak edib.

Qonaqlar üçün həmçinin DJ dinamik musiqisi səsləndirilib, furşet masası, alkoqollu və alkoqolsuz içkilər verilib. 

Filmi  Aqil M.Quliyev, Hüsniyyə Mürvətova, Gülnarə Zülalova, Kəmalə Piriyeva, Erkin Ergin, Nəcibə Hüseynova, Təranə Ocaqverdiyeva, Vüsal Həci-Qədir, Emin Nəsirli və Rəhim Rəhimov səsləndiriblər. 

Dublyajın redaktoru və tərcüməçisi Vüqar Hüseynov, rejissoru Samir Ələskərov, səs rejissoru Azad Vəliyev, səs operatoru Agaməlik Abbaszadə, post-prodakşn Rüfət Kərimzadə, icraçı prodüsser Əli-Səttar Quliyev, baş prodüsser Cəfər Axundzadədir.

Ekran əsərinin rejissoru Nil Marşalldır.

Kinoda sujetin qəhrəmanı olan Hellboy Merlinin həyat yoldaşı olan Qanlı Kraliça ilə görüşmək üçün İngiltərəyə yola düşür. Dünyanın taleyi bu döyüşün nəticəsindən asılıdır.

Tədbir “Cinemazadeh” dublyaj studiyası, “Keyf-i Dem” restoranı, Red Bull, Gəncə Şərab və “Banketnaya” araqlarının dəstəyi ilə keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi