Yuxarı

CinemaPlus-da “Fəlakət” filminin qala-gecəsi keçirilib - VİDEO

CinemaPlus-da “Fəlakət” filminin qala-gecəsi keçirilib - VİDEO

Bakı. 22 noyabr. REPORT.AZ/ “Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında komediya janrında olan “Fəlakət” filminin qala-gecəsi keçirilib.

"Report" xəbər verir ki, ekran əsəri, bu günədək sevilən eyni adlı obrazın həyatından bəhs edir.

Mərasimlə əlaqədar kinoteatr filmin məzmununa uyğun olaraq orijinal dekorasiya ilə bəzədilib. Gecədə həmçinin qonaqlara orkestr ifası, furşet və içkilər təqdim olunub.

Filmin baş prodüseri Cəfər Axundzadə, prodüseri Məmməd Məmmədov, rejissoru Emil Quliyev, operatoru Orxan Abbasoff, ssenari müəllifləri Emil Quliyev və Vüsal Əhmədzadə, quruluşçu rəssamı Arif Niftiyev, ikinci rejissoru Çingiz Həsənov, geyim üzrə rəssamı Olqa Şabanova, qrim üzrə rəssamı Polina Tkaçenko, art direktoru Pərviz Babayev, səs rejissoru Ramzes, səs operatoru Sergey Netrunenko və icraçı prodüseri Azər Aydəmir.

Filmdə Elşən Orucov, Azər Aydəmir, Nofəl Şahlaroğlu, Ülvi Həsənli, İqrar Salamov, Orxan Ata, Ləman Mərih, Taleh Yüzbəyov, Nəsibə Eldarova, Solmaz Süleymanlı, Zaur Baliyev, Nahid Kərimli, Tural Əzizov, Ceyhun Məmmədov, Vüsalə Həsənli, Svetlana Əliyeva, Səbuhi Bayramov, Emil Mammadov, Həsən Ağa, Azər Səlimli və digərləri rol alıblar.

Ekran əsərinin süjet xəttinə gəlincə, Fəlakətin ailəsi, uşaqlığı, yaşadığı məhəllə və şəxsi həyatı işıqlandırılıb ki, bu da onu daha yaxından və başqa tərəfdən tanıdacaq. Problem bir biznesmenin Fəlakətin yaşadığı məhəlləni sökmək qərarından sonra başlayır. Əsərin qəhrəmanı irəli atılaraq bu problemi aradan qaldırmaq və zalım biznesmeni cəzalandırmaq qərarına gəlir. Amma o, Fəlakətdir axı, qeyri-adekvat olması onun bütün planlarını alt-üst edir və problem daha da ağırlaşır. Fəlakət bu vəziyyətdən çıxış yolu tapacaqmı?

Film noyabrın 22-dən etibarən "CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunur.

Qeyd edək ki, tədbirin təşkilinə “Cinemazadeh” dublyaj studiyası, Cinema Distribution, “El Portalon” ispan restoranı və Ganja Sharab dəstək olublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi