"CinemaPlus"da "Diverqent 3: Divar arxasında" fantastik savaş filminin nümayişi olub - VİDEO

"CinemaPlus"da "Diverqent 3: Divar arxasında" fantastik savaş filminin nümayişi olub - VİDEO Robert Şventkenin rejissorluq etdiyi ekran işində Şeylin Vudli, Ellison Rou, Teo Ceyms, Zoi Kraviç və Maylz Teller çəkilib
Şou-biznes
10 Mart , 2016 11:10
CinemaPlusda Diverqent 3: Divar arxasında fantastik savaş filminin nümayişi olub - VİDEO

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycanın premium kinoteatrı "CinemaPlus"da Veronika Rotun məşhur kitabları əsasında çəkilən "Diverqent" trilogiyasının sonuncu hissəsi "Diverqent 3: Divar arxasında" fantastik savaş filminin nümayişi olub. "Report"un məlumatına görə, Robert Şventkenin rejissorluq etdiyi ekran işində Şeylin Vudli, Ellison Rou, Teo Ceyms, Zoi Kraviç və Maylz Teller çəkilib. 

Tris və For ilk dəfə olaraq şəhər və yaxın qohumlarını tərk edirlər və Çıkaqonu ayıran divar arxasında olan təhlükəli dünyaya düşürlər, haradakı onlara şok həqiqətlər açılır. Onlar tez bir zamanda ayırd etməlidirlər ki, kimə inanmalıdırlar, çünki divar arxasında qızışan döyüş bütün bəşəriyyətə təhlükədir. Sağ qalmaq üçün, Tris, mərdlik, sədaqətlik, sevgi və qurban vermək arasında asan olmayan qərar vermək məcburiyyətindədir.  

Baş qəhrəmanları divar arxasında nə gözləyir? Yeni bədbəxtliklər yoxsa çoxdan gözlənilən xoşbəxtlik? Kimsə dünyanın gələcəyini utopiya kimi görür, kim isə ümumiyyətlə dünyanın gələcəyini görmür, əvvəlcədən yavaş lakin düzgün ölüm olaraq fikirləşirlər. 

Qeyd edək ki, "Azadlıq" prospekti, 45 ünvanında "28 Mall" Ticarət Mərkəzinin 5-ci mərtəbəsində yerləşən kinoteatr adını dəyişib və keçən ilin dekabr ayından "CinemaPlus" adlanır.

Son xəbərlər

Orphus sistemi