“CinemaPlus”da “Cinemazadeh dublyaj həftəsi” başlayıb

“CinemaPlus”da “Cinemazadeh dublyaj həftəsi” başlayıb Tamaşaçılar həftə çərçivəsində dörd xarici filmə baxa biləcəklər
Şou-biznes
28 Sentyabr , 2017 14:43
“CinemaPlus”da “Cinemazadeh dublyaj həftəsi” başlayıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ “CinemaPlus” kinoteatrlar şəbəkəsində sentyabrın 28-dən oktyabrın 7-dək "Cinemazadeh" studiyasında peşəkar Azərbaycan dilində dublyaj olunan filmlərin həftəsi keçiriləcək.

"Report"un məlumatına görə, bir həftə ərzində kinoteatrda “Super alibi”, “Spark. Bəşəri Qəhrəman” (animasiya filmi), “Sualtı era” (animasiya filmi) və “Bəd Santa 2” kimi filmləri nümayiş olunacaq.

“Super Alibi” fransız komediyasını əməkdar artist Sənubər İsgəndərli, aktyorlar Oksana Rəsulova, aparıcı Günel Hümbətova, Vüsal Xalıqoğlu, Vüsal Murtuzəliyev, peşəkar aktyor Rövşən Məmmədli, həmçinin 15-dən artıq peşəkar aktyorlar səsləndirib.

“Spark. Bəşəri Qəhrəman” ailəvi animasiya filmini əməkdar artist Murad Dadaşov, Sənubər İsgəndərli, Cabir İmanov, İslam Mehrəliyev, Hüsniyyə Məhərrəmova, Tural Əsədov, Azər Aydəmir və Rövşən Məmmədli kimi məşhur aktyor və aparıcılar dublyaj edib. 

“Sualtı era” ailəvi animasiya filmini Miri Yusif, Sevda Ələkbərzadə, Cin, Samirə Əfəndi, Ülfət Bəşir, Rəhim Rəhimov, Elnur Hüseynov, Azər Aydəmir, Nəzakət Məmmədli, Rövşən Məmmədli, Tural Əsədov, Səid Məmmədov, Samirə Cazzi və Müşfiq Mirzəyev səsləndirib. 

“Bəd Santa 2” komediyasını isə əməkdar artist Sənubər İsgəndərli, Nura Suri, Murad Arif, Zaur Şəfiyev və Xələf Cəfərov dublyaj edib. 

Son xəbərlər

Orphus sistemi