Yuxarı

"CinemaPlus Amburan"da açıq havada yay mövsümünün təntənəli açılışı keçirilib - FOTO

Bakı. 23 iyun. REPORT.AZ/ Bakıda ilk dəfə “CinemaPlus Amburan Mall” premium kinoteatrında açıq havada barnekyu-parti keçirilib. Qonaqların qarşısında hazırlanmış təzə ət, limitsiz çaxır və soyuq pivə onları gecənin sonunadək müşayiət edib.

"Report" xəbər verir ki, gecənin qonaqları azərbaycanlı ulduzlar, sahibkarlar, bir sıra təşkilatların rəhbərləri, aktyorlar, ifaçılar, aparıcılar, rejissorlar, produserlər, bloqqerlər, KİV və bomond nümayəndləri olublar.

Kinoteatrda həmçinin musiqi müşayiəti ilə bayram atmosferi təşkil olunub. DJ dinamik musiqi ilə insanları əyləndirib.

Tədbir 2018-ci ildə “Cinemazadeh” studiyasında peşəkar azərbaycan dilində dublyaj olunmuş dramatik ispan filmi - “Eskobar”ın nümayişi ilə bitib.

Filmi dublyaj ediblər: Aqil M. Quliyev, Oksana Rəsulova, Tural Əsədov, Elşən Rüstəmov, Kazım Abdullayev, Vüsal Murtuzəliyev, Səid Nizami, Rövşən Məmmədli, Xətai Əli, Vüsal Hacıqədir, Hüsniyyə Mürvətova, Raksana Vəliyeva, Vüsal Xalıqoğlu, Nəzakət Şahbazi, Zemfira Abdulsəmədova, Müşfiq Mirzəzadə, Vüqar Hüseynov və Kamran Ağabalayev.

Dublyajın baş redaktoru Xətai Əli, rejissor Rövşən Məmmədli, səs rejissoru Orxan Ağalarov və Natiq Şirəliyev, səs operatoru Vüsal Abdulhəsənov, tərcüməçi Afaq Vasifqızı, post-prodakşn supervayzer Vüqar İslamzadə, baş produser Cəfər Axundzadədir.

Filmin rejissoru və ssenari müəllifi Fernando Leon de Aranoadır. Film kolumbiyalı narkobaron Eskobardan bəhs edir. Baş rolları Xavyer Bardem, Penelopa Kruz, Piter Sarsqaard ifa edir.

Qeyd edək ki, “CinemaPlus Amburan Mall” premium kinoteatrı kino həvəskarları üçün 24 saat işləyəcək.

Kinoteatr Bilgəh qəsəbəsində, “Amburan Mall” ticarət mərkəzinin birinci mərtəbəsində yerləşir. “CinemaPlus Amburan”da dünya standartlarına cavab verən 3 zal var. Zallar rahat və ispan istehsalı olan yüskək səviyyəli kreslolarla təchiz olunub. Bundan başqa, “CinemaPlus” Amburan Mall-da "Master İmage 3D" texnologiyası tətbiq olunur.

Tədbirin təşkilində "Cinemazadeh" dublyaj studiyası, "Cinema Distribution", "TORO Steak House" restoranı, "Merit Brand" çaxır şirkəti, "Red Bull", TNT kuryer xidməti və Baltika-Bakı pivəbişirmə zavodu dəstək olublar. “CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.

Foto: Elçin Murad

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi