Yuxarı

Azərbaycanın "Eurovision"dakı təmsilçisinin müsabiqə mahnısına remikslər hazırlanıb - VİDEO

Məşhur danimarkalı müğənni Səmra Rəhimliyə uğurlar arzulayıb

Bakı. 18 aprel. REPORT.AZ/ Bu il "Eurovision" mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Səmra Rəhimlinin "Miracle" ("Möcuzə") mahnısına remikslər hazırlanıb.

"Report"un məlumatına görə, remikslər Danimarkanı 2010-cu ildə "Eurovision" mahnı müsabiqəsində təmsil edən Tomas Neverqrin və Azərbaycandan olan tanınmış musiqiçi DJ Kamil tərəfindən hazırlanıb.

Azərbaycanlı ifaçının mahnısını yüksək səviyyədə dəyərləndirən Tomas Neverqrin Səmra Rəhimliyə müsabiqədə uğurlar arzulayıb.

Qeyd edək ki, Səmra Rəhimli 14 nömrə altında mayın 10-da keçiriləcək birinci yarımfinalda çıxış edəcək.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi