Yuxarı
    Bağlamaq

    Azərbaycanın "Eurovision-2016"dakı təmsilçisi son məşqini keçirib - VİDEO

    Məşq zamanı müğənninin çıxışının son elementləri işlənib

    Bakı. 6 may. REPORT.AZ/ Azərbaycanı "Eurovision-2016"da təmsil edən Səmra Rəhimli son məşqini keçirib.

    "Report" xəbər verir ki, məşq zamanı müğənninin çıxışının son elementləri işlənib.

    Qeyd edək ki, S.Rəhimli səhnədə 4 rəqqas və bek-vokalçı ilə çıxış edəcək.

    S.Rəhimli mayın 10-da ilk yarımfinalda 14 nömrə altında çıxış edəcək və "Miracle" (Möcüzə) mahnısını ifa edəcək.

    Qeyd edək ki, müsabiqənin finalı mayın 14-də keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi