Yuxarı

Azərbaycanın əməkdar artistini fotoları ilə şantaj ediblər - YENİLƏNİB

Mehriban Xanlarova Binəqədi Rayon Polis İdarəsinə şikayət edib

Bakı. 9 iyul. REPORT.AZ/ Əməkdar artist Mehriban Xanlarova Binəqədi Rayon Polis İdarəsinə şikayət edib.

"Report"un əldə etdiyi məlumata görə, M.Xanlarova şikayət ərizəsində bir nəfərin onu şantajla hədələdiyini bildirib.

Belə ki, əməkdar artistin sosial şəbəkələrdə tanış olduğu bir nəfər kişi onun intim şəkillərini yayacağını deyib. 

Həmin şəxs M.Xanlarovadan 500 manat pul tələb edir.

***

Əməkdar artist Mehriban Xanlarova "Report" agentliyi ilə əlaqə saxlayaraq Binəqədi Rayon Polis İdarəsinə müraciət etmədiyini iddia edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi