Bakıda yeni moda evinin açılışı olub

Bakıda yeni moda evinin açılışı olub Bu, Azərbaycana böyük dəb dünyasının bir parçası olmaq imkanı yaradır
Şou-biznes
18 Aprel , 2016 17:04
Bakıda yeni moda evinin açılışı olub

Bakı. 18 aprel. REPORT.AZ/ Bu günlərdə Bakının mərkəzində dəb sahəsində yeni bir ad – “NAZ Couture” yüksək moda evinin açılışı baş tutdu.

"Report" xəbər verir ki son illərdə yüksək moda sürətlə dəyişən Azərbaycanda inkişafda olan sahələrdən birinə çevrilib.

2015-ci ildən başlayaraq, artıq ölkəmizin paytaxtı Bakı şəhərində “Azerbaijan Fashion Week” layihəsinin həyata keçirilməsinə başlanıb. Bu gün azərbaycanlı dizaynerlərin hazırladığı geyimlər təkcə ölkə daxilində deyil, həm də xarici bazarlarda təmsil olunmağa başlanmışdır.

Bu isə Azərbaycana böyük dəb dünyasının bir parçası olmaq imkanı yaradır.

Açılış mərasimində tanınmış ictimai xadimlər, dəb və mədəniyyət sahələrinin tanınmış simalarının iştirak etdiyi "NAZ Couture" yüksək moda evi, dəb sahəsində yüksək nailiyyətlər qazanmağa və dəbi daha yüksək bir pilləyə yüksəltməkdə israrlıdır.

Dünyaca məşhur "Elie Saab", "Zuhair Murad", "Christian Dior", "Gucci", "Armani", "Valentino", "Etro", "Emanuel Ungaro", "Gratacos" kimi şirkətlərlə əməkdaşlıq edən "NAZ Couture" təqdim etdiyi geyimlərdə müştərilərin fərdiliyini qorumağa üstünlük verir, belə ki, yüksək moda evinin təklif etdiyi hər bir geyim unikal olaraq qalır və heç zaman təkrarlanmır.

Yüksək xidmət səviyyəsi, Avropadan gətirilmiş ən yaxşı parçaların seçimi və geyimlərin yüksək keyfiyyətlə hazırlanması "NAZ Couture"u fərqləndirən əsas xüsusiyyətlərdir. Parçaların sifarişi müştərinin istəyi əsasında və qısa bir vaxtda həyata keçirilir.

Butikin istedadlı dizayneri, incə bədii hissə malik Teymur Səfərov isə təkcə mərasimlər, bayram və axşam geyimləri üçün deyil, həm də gündəlik həyatda istifadə oluna biləcək geyimlər təqdim edir. "NAZ Couture"un əl işləri, daşların, müxtəlif bəzək əşyalarının tikilməsi üzrə istedadlı əməkdaşları isə hər bir geyimi müştərinin zövqünə uyğun bəzəməyə hazırdırlar.

Yüksək moda evinin daha bir üstün cəhəti isə müştərilərin fərdi istəklərinə əsasən hazırlanan geyimlərin üzərində istedadlı rəssam tərəfindən təsvirlərin çəkilməsidir. Xüsusi boyalardan istifadə edilməklə yaradılan bu təsvirlər təklif olunan geyimi böyük bir sənət əsərinə çevirmiş olur.

"NAZ Couture" öz müştərilərinə həmçinin dizayner məsləhətləri də göstərir – müştəri və dizaynerlərin bütün təfərrüatları nəzərə alan birgə işi müştərinin zövqünü tam şəkildə oxşayacaq məmulatlar hazırlamağa imkan verir.

Butikdə geyimlərlə yanaşı həm də müxtəlif qiymətli metallardan, daşlardan, bijüteriyadan hazırlanmış bəzək əşyaları da təqdim olunur. Öz fərdiliyini bu sahədə də qoruyan "NAZ Couture" müştərilərinə təkrarolunmaz aksessuarlar təqdim edir.

Beləliklə, "NAZ Couture" yüksək moda evinin geyimlərinə üstünlük verən xanımlarımız ilk növbədə öz fərdiliklərini bir daha vurğulamış olacaqlar.

Onu da qeyd etmək lazımdır ki, "NAZ Couture" həm də Azərbaycanda keçiriləcək yüksək dəb nümayişlərində iştirak etməyi planlaşdırır. Belə ki, mayın 2-də paytaxtımızda keçiriləcək “Azerbaijan Fashion Week” moda nümayişində "NAZ Couture" dizaynerlərinin ərsəyə gətirdiyi geyimlər də nümayiş olunacaq.

Qısa bir müddətdə fəaliyyətə başlamasına baxmayaraq, "NAZ Couture" qarşısında böyük məqsədlər qoyub. Onlardan biri də ölkəmizdə hazırlanmış geyimləri digər ölkələrdə təqdim etməklə, "NAZ Couture"u böyük moda dünyasında Azərbaycanın dəb simasına çevirməkdir.

Ünvan: Bakı şəhəri, Rəsul Rza küçəsi 3/5a
Tel: +994 (12) 493 17 17

Son xəbərlər

Orphus sistemi