Yuxarı

​Amerikalı repçi "50 Cent" müflis olduğunu elan edib

Onun aktiv və borcları 10-50 milyon dollar miqdarında qiymətləndirilir

Bakı. 14 İyul. REPORT.AZ/ Daha çox "50 Cent" təxəllüsü ilə tanınan məşhur amerikalı repçi və prodüser Kartis Cekson bazar ertəsi ABŞ-ın Müflislik Məcəlləsinin 11-ci fəslinə əsasən kreditorlardan qorunması barədə məhkəməyə ərizə verib.

"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.

Məhkəmə sənədlərinə əsasən, musiqiçinin həm aktivləri, həm də borcları 10-50 milyon dollar miqdarında qiymətləndirilir.

Bununla yanaşı, ötən cümə AP agentliyi xəbər verib ki, Manhettan məhkəməsinin qərarına görə, Cekson, reperi onun həyatına müdaxilə etməkdə ittiham edən qadının iddiası üzrə 5 milyon dollar ödəməlidir. O, 2009-cu ildə qadının şəxsi videosunu köhnə rəqibi, repçi Rik Rossa qarşı hazırlanmış çarxda istifadə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi