Yuxarı

Amerikalı məşhur rejissor kinonu tərk edir

Kventin Tarantino son iki filmini çəkib, kino ilə vidalaşacaq

Bakı. 13 iyul. REPORT.AZ/ Amerikanın məşhur rejissoru Kventin Tarantino kino sahəsini tərk edəcək. 

"Report" xəbər verir ki, rejissor bunu Yerusəlimdə keçirilən Beynəlxalq Kinofestivalında bildirb. 

K.Tarantino 10-cu filmini çəkdikdən sonra böyük kinematoqrafdan gedəcəyini deyib.

O, tamaşaçıları ilə vidalaşmağını 75 yaşında olsa belə, onu narahat edən mövzuda film çəkəcəyini bildirib: "Hələlik, iki film çəkməyi qarşıma məqsəd qoymuşam. Filmlərimin sayı 10-a çatsın, tamaşaçılarıma sağ ol, deyərək meydanı tərk edəcəm. Amma məni narahat edən nəsə olsa, mütləq film çəkəcəm. Lap 75 yaşım olsa belə."

K.Tarantino 1963-cü ildə anadan olub. Amerikanın tanınmış rejissoru və prodüsseridir. O, fəaliyyəti dövründə Oskar mükafatı, Qızıl Palma Budağı, Qızıl Qlobusvə Britaniya kino və televiziya incəsənətləri akademiyası mükafatları qazanıb. Karyerası 1990-ci illərdə müstəqil filmlərdən başlayıb.

Çəkdiyi məşhur filmlər arasında "Quduz köpəklər", "Kriminal qiraət", "Şəfəqdən qüruba qədər", "Billi öldür" ekran əsərləri yer alır. Üslubu qeyri-xronoloji posmodernist süjetlər və zorla stilləşdirilmiş üslublardan fərqlənir. Fəaliyyətinin ilk on ilində onun barəsində bioqrafik kitablar yazılıb, tədqiqatlar aparılıb, müxtəlif fikirlər söylənilib və qalmaqallar eşidilib.

Onun müəllifi olduğu filmlər dolaşıq və parçalanmış xronologiya axımı, qanlı səhnələrin tam açıq, dəqiq nümayiş olunması, şiddət estetizasiyası və uzun dialoqların yer alması ilə fərqlənir.

Tarantino Harvi Keytel, Maykl Medsen, Uma Turman, Tim Rot, Semuel L. Cekson kimi aktyorlarla işləməyə üstünlük verir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi