Yuxarı

Amerikada məşhur aktrisa vəfat etdi

​Amerikada məşhur aktrisa vəfat etdi

1393

Şirli Nayt

Amerikalı aktrisa Şirli Nayt çərşənbə günü ABŞ-da dünyasını dəyişib.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə “Hollywood Reporter” jurnalı məlumat yayıb.

“Tony” və “Emmy” mükafatlarının qalibi, həmçinin iki dəfə “Oskar”a namizəd göstərilən aktrisa 83 yaşında vəfat edib.

Ümumilikdə o, kino və seriallarda təxminən 100 rol ifa edib.

Jurnalın məlumatına görə, onun təbii səbəblərdən vəfat etdiyi deyilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi