Yuxarı
    Bağlamaq

    Amerika Kino Akademiyası "Oskar"ın keçirilməsi qaydalarında dəyişiklik edib

    Qərarın qəbulu səsvermə hüququna malik olan akademiya üzvlərinə kənar təsirlərin qarşısını alacaq

    Bakı. 2 iyul. REPORT.AZ/ ABŞ-ın Kinematoqrafiya, İncəsənət və Elm Akademiyası nüfuzlu kino mükafatı "Oskar"ın keçirilməsi qaydalarında dəyişiklik edib.

    "Report" xəbər verir ki, "Oskar" mükafatının təqdimat mərasimində yeniliklər olacaq.

    Kinoakademiya "Oskar"ın növbəti təqdimatında filmlərin sayı və nümayişini dəqiqləşdirib.

    Yeni qərara görə, kinoakademiyanın üzvlərinin mərasim ərəfəsində hər hansı tədbirlərə, gecə ziyafətlərinə qatılmasına, şam yeməyi süfrəsi arxasında görüşlər keçirmələrinə, söhbətlər aparmalarına qadağa qoyulur. Bu qərarın qəbulu səsvermə hüququna malik olan akademiya üzvlərinə kənar qüvvələr tərəfindən hər hansı təsir göstərilməməsi ilə əsaslandırılır.

    Qərara əsasən, bu qanunu pozan akademiya üzvü münsiflər heyətindən kənarlaşdırılacaq, ümumiyyətlə, üzvlük hüququndan məhrum ediləcək.

    "Oskar"ın təntənəli mərasimindən əvvəl akademiya üzvlərinə mükafata aidiyyəti olan hər hansı tədbirə qatılmaq qadağan edilib.

    Qeyd edək ki, rusiyalı film prodüsseri Aleksandr Rodnyaysko və sənədli filmlər rejissoru Viktor Kosakovski Amerika Kino Akademiyasına dəvət edilib.

    Ümumilikdə akademiyanın sıralarına 683 nəfər üzv qəbul olunub. Bu, rekord göstərici hesab olunur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi