2017-ci ilin ən çox pul qazandıran aktyorlarının adları açıqlanıb

2017-ci ilin ən çox pul qazandıran aktyorlarının adları açıqlanıb Bakı. 27 dekabr. REPORT.AZ/ Forbes jurnalı 2017-ci ilin ən çox qazandıran aktyorlarının reytinqini təşkil edib.
Şou-biznes
27 Dekabr , 2017 12:42
2017-ci ilin ən çox pul qazandıran aktyorlarının adları açıqlanıb

Bakı. 27 dekabr. REPORT.AZ/ "Forbes" jurnalı 2017-ci ilin ən çox qazandıran aktyorlarının reytinqini təşkil edib.

"Report" xəbər verir ki, reytinqə Vin Dizel başçılıq edir. 

Onun iştirakıyla çəkilmiş filmlərdən gələn toplam gəlir 1,6 milyard dollara bərabər olub. Ən çox qazanc əldə olunan film isə "Forsaj 8" olub.

"Siyahıda ikinci yeri məhz elə "Forsaj 8" filminə görə Dueyn Conson tutub. Üçüncü sırada isə "Möcüzəvi qadın" filminin baş rol ifaçısı Qal Qadot qərarlaşıb. Onun nəticəsinə ciddi təsir edən film isə "Ədalət liqası" olub", - reytinqin müəllifləri bildiriblər.

İlk onluğa həmçinin Emma Uotson, Conni Depp, Deyzi Ridli, Tom Holland, Kris Prett, Kris Hemsvort və Con Boyer daxil olub.

Son xəbərlər

Orphus sistemi