Bakı. 24 avqust. REPORT.AZ/ Böyük Britaniyanın BBC radiosu XXI əsrin ən yaxşı 100 filminin siyahısını hazırlayıb.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, 100 ən yaxşı filmin arasında Rusiya kinematoqrafçılarının istehsal etdiyi iki film və Türkiyənin məşhur rejissoru Nuri Bilgə Ceylanın "Bir zamanlar Anadoluda" filmi də var.
36 ölkədən olan 177 kinotənqidçi arasında aparılan sorğu nəticəsində Devid Linçin 2001-ci ildə ekranlaşdırdığı "Malxolland Drayv" ("'Mulholland Drive') filmi birinci yeri tutub.
Siyahıda ikinci yerdə Vonq Karvayın 2000-ci ildə çəkdiyi ('In the Mood for Love') filmi, 3-cü yerdə isə Pol Tomas Andersonun 2007-ci ildə ekranlaşdırdığı 'There Will Be Blood' filmi qərarlaşıb.
Rusiyalı rejissor Andrey Zvyaqinsevin 2014-ci çəkdiyi "Leviafan" filmi siyahıda 47-ci, 2003-cü ildə ekranlaşdırdığı "Qayıdış" filmi isə 80-ci sırada yer alıb.
XXI əsrin ən yaxşı 100 filmi siyahısında 53-cü yerin sahibi məşhur türk rejissoru Nuri Bilgə Ceylanın çəkdiyi "Bir zamanlar Anadoluda" filmi olub.
Filmi bəyənib səs verən kinotənqidçilər türk rejissorunun filmini "ən hərəkətli" ekran əsəri kimi qiymətləndiriblər.