“Van Halen” qrupunun banisi və məşhur gitaraçı Edvard van Xalen vəfat edib

“Van Halen” qrupunun banisi və məşhur gitaraçı Edvard van Xalen vəfat edib Amerikalı gitaraçı və “Van Halen” rok qrupunun banisi Edvard van Xalen 65 yaşında dünyasını dəyişib.
Şou-biznes
7 Oktyabr , 2020 01:22
“Van Halen” qrupunun banisi və məşhur gitaraçı  Edvard van Xalen vəfat edib
Edvard van Xalen

Amerikalı gitaraçı və “Van Halen” rok qrupunun banisi Edvard van Xalen 65 yaşında dünyasını dəyişib.

“Report” xəbər verir ki, bu barədə onun oğlu özünün “Twitter”dəki səhifəsində bildirib.

"İnana bilmirəm ki, bunu yazmaq lazım gəlir, amma atam Edvard Lodeveyk van Xalen xərçəng xəstəliyi ilə uzun və çətin mübarizəni uduzdu", - onun paylaşımında deyilir.

Van Xalen dünyada ən məşhur gitara ifaçılarından biri olub. O, 1972-ci ildə böyük qardaşı Alekslə birlikdə “Van Halen” qrupunun əsasını qoyub. Van Xalenin adı 2012-ci ildə “Rolling Stone” jurnalının versiyasına görə bütün zamanların 100 ən böyük gitaraçısı siyahısına salınıb.

Son xəbərlər

Orphus sistemi