Ukraynalı müğənni "Eurovision" müsabiqəsində Krım tatarlarının deportasiyası haqqında mahnı oxuyacaq

Ukraynalı müğənni "Eurovision" müsabiqəsində Krım tatarlarının deportasiyası haqqında mahnı oxuyacaq Suzan Cəmaləddinova müsabiqədə "1944" mahnısını təqdim edəcək
Şou-biznes
120
22 Fevral , 2016 10:50
Ukraynalı müğənni Eurovision müsabiqəsində Krım tatarlarının deportasiyası haqqında mahnı oxuyacaq

Bakı. 22 fevral. REPORT.AZ/ Krım-Tatar mənşəli ukraynalı müğənni Cəmalə ölkəsini Stokholmda keçiriləcək "Eurovision-2016" mahnı müsabiqəsində təmsil edəcək.

"Report" "Eurovision" müsabiqəsinin rəsmi saytına istinadən xəbər verir ki, əsl adı Suzan Cəmaləddinova olan Cəmalə “1944” adlı mahnı səsləndirəcək. Bu mahnı İosif Stalinin Krım tatarlarını Orta Asiyaya deportasiya etməsi barədədir. Mahnı ingiliscədir, xor tatar dilində səsləndiriləcək.

Xatırladaq ki, 1944-cü ilin mayında 250 min Krım tatarı qatarlara doldurularaq Orta Asiyaya göndərilib. On minlərlə insan yolda, daha sonra isə aclıqdan və xəstəlikdən həlak olub. Cəmalə də Orta Asiyada - Qırğızıstanın Oş şəhərində dünyaya gəlib.

Qeyd edək ki, Ukrayna müsabiqəyə bir illik fasilədən sonra qayıdıb.

Son xəbərlər

Orphus sistemi