​Türkiyənin tanınmış rejissorunun oğlu qəza törədib, polis əməkdaşı ölüb

​Türkiyənin tanınmış rejissorunun oğlu qəza törədib, polis əməkdaşı ölüb Hadisəni törədən Rüzgar Çetin isə xəsarət almayıb
Şou-biznes
29 Yanvar , 2016 15:08
​Türkiyənin tanınmış rejissorunun oğlu qəza törədib, polis əməkdaşı ölüb

Bakı. 29 yanvar. REPORT.AZ/ Türkiyənin tanınmış rejissoru Sinan Çetinin oğlu Rüzgar Çetinin idarə etdiyi avtomobilin polislərin olduğu maşınla toqquşması nəticəsində bir polis əməkdaşı ölüb, biri isə yaralanıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, qəzanın baş verməsinə səbəb kimi Rüzgar Çetinin sürət həddini aşması göstərilir. Hadisə nəticəsində yaralanan polis əməkdaşı, 3 uşaq atası Fatih Alagöz xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qəza nəticəsində xəsarət alan Emre Tetik adlı polisin isə səhhətinin yaxşılaşdığı bildirilib.

Qəzanı törədən Rüzgar Çetin isə xəsarət almayıb.

Qeyd edək ki, Sinan Çetin "Bir günün hekayəsi", "Çiçək Abbas", "Çirkinlər də sevər", "Berlin in Berlin", "Komissar şekspir", "Çanakkala uşaqları" kimi filmlərin, bir çox serialların rejissoru, televiziya aparıcısıdır. 

Son xəbərlər

Orphus sistemi