Bakı. 8 yanvar. REPORT.AZ/ Təhlillərin nəticəsinə görə, müğənni Bülənt Ərsoy "donuz qripi"nə yoluxub.
"Report" Türkiyə KİV-inə istindən xəbər verir ki, bunu müğənnini müayinədən keçirmiş Avropa Özəl Şafak Xəstəxanasının baş həkimi Bülent Şahin bildirib.
"Hazırda özü nəzarət altındadır. Müalicəyə başlamışıq. Vəziyyəti bir az ağırdır. Ancaq həyatı üçün bir təhlükə yoxdur. Ümumilikdə isə vəziyyəti yaxşıdır. Anası və sürücüsü də müayinədən keçib. Sürücüsünün səhhəti yaxşı olsa da, anasının vəziyyəti bir az ağırdır", - deyə baş həkim söyləyib.
Onun sözlərinə görə, müğənni vaxtında müalicə başlayıb: "Bir-iki günə sağalıb xəstəxanadan çıxacağına ümid edirik".
*** 15:10
Türkiyənin tanınmış müğənnisi Bülənt Ərsoyun anası və sürücüsü "donuz qripi" şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, anası və sürücüsündən öncə "donuz qripi" şübhəsi ilə Bülənt Ərsoy da Qaziosmanpaşa özəl xəstəxanasında müayinə olunub.
Xəstəxana müğənni və onun yaxınların müayinəsi və durumları haqda açıqlama verməyib.