Bakı. 12 aprel. REPORT.AZ/ Türkiyənin tanınmış müğənnisi İbrahim Erkal xəstəxanaya yerləşdirilib.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, evinin avtoparkında huşsuz vəziyyətdə tapılıb.
Müğənni təcili tibbi yardımla Beşiktaşdakı özəl xəstəxanalardan birinə çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlər sənətçinin vəziyyətini ağır kimi qiymətləndiriblər.
![](https://static.report.az/photo/4e904127-66ee-4fdf-8f2b-d5c168045cc3_300.jpg)