Portuqaliya təmsilçisi "Eurovision-2017"nin qalibi olub - VİDEO

Portuqaliya təmsilçisi "Eurovision-2017"nin qalibi olub - VİDEO Salvador Sobral 758 səslə rəqiblərini arxada qoyub
Şou-biznes
14 May , 2017 02:35
Portuqaliya təmsilçisi Eurovision-2017nin qalibi olub - VİDEO

Bakı. 14 may. REPORT.AZ/ Ukraynanın paytaxtı Kiyevdə keçirilən "Eurovision-2017" mahnı müsabiqəsinin qalibi müəyyənləşib.

"Report" xəbər verir ki, sayca 62-ci olan müsabiqənin qalibi 758 səslə Portuqaliya təmsilçisi Salvador Sobral olub. O, müsabiqədə "Amar Pelos Dois" mahnısını ifa edib.

Azərbaycan təmsilçisi Diana Hacıyevanın (DiHaj) ifa etdiyi "Skeletons" mahnısı isə 120 xal toplayaraq 14-cü yeri tutub.

Azərbaycana səs verən ölkələr:

San-Marino – 5

Albaniya - 2

Yunanıstan -10

Moldova – 5

Bolqarıstan – 5

İtaliya - 12

Portuqaliya -12

İrlandiya – 1

Gürcüstan -10

Kipr – 1

Macarıstan - 4

Belçika- 4

Polşa – 1

Ukrayna – 6

Bütün iştirakçı ölkələrin televiziya tamaşaçıları Azərbaycana 42 xal veriblər və ümumi xal hesabı 120-yə yüksəlib ki, bu da Diana Hacıyevaya 14-cü yeri təmin edib.

Azərbaycan gəldikdə isə, buradan 12 xal Belarusa verilib.

Son xəbərlər

Orphus sistemi