Məşhur kutyurye Karl Laqerfeld vəfat edib

Məşhur kutyurye Karl Laqerfeld vəfat edib
Şou-biznes
10326
19 Fevral , 2019 16:20
Məşhur kutyurye Karl Laqerfeld vəfat edib

Bakı. 19 fevral. REPORT.AZ/ Tanınmış kutyurye Karl Laqerfeld Fransada ömrünün 86-cı ilində vəfat edib.

Bu barədə "Report" "Le Figaro"ya istinadən xəbər verir.

Nəşrin məlumatına görə, o, son bir neçə həftə ərzində özünü pis hiss edib.

Karl Laqerfeld Hamburqda bank işçisi Otto Laqerfeldin zəngin ailəsində anadan olub. O, 1952-ci ildə Parisə köçüb. 1974-cü ildə Laqerfeld öz xəttini - "Karl Lagerfeld Impression"u yaradıb. 1983-cü ildən "Chanel" Evinin bədii direktoru olub.