Madonna və islandiyalılar "Eurovision"un finalında Fələstin bayrağı nümayiş etdiriblər

Madonna və islandiyalılar "Eurovision"un finalında Fələstin bayrağı nümayiş etdiriblər Amerika pop-ulduzu Madonna və İslandiyanın Hatari qrupu Eurovisionun beynəlxalq mahnı müsabiqəsinin İsrailin Tel-Əviv şəhəridə keçirilən finalında Fələstin bayrağı nümayiş etdiriblər.
Şou-biznes
19 May , 2019 09:37
Madonna və islandiyalılar Eurovisionun finalında Fələstin bayrağı nümayiş etdiriblər

Amerika pop-ulduzu Madonnaİslandiyanın "Hatari" qrupu "Eurovision"un beynəlxalq mahnı müsabiqəsinin İsrailin Tel-Əviv şəhəridə keçirilən finalında Fələstin bayrağı nümayiş etdiriblər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, müsabiqədənkənar proqramla çıxış edən Madonnanın nömrəsində kürəyində İsrail və Fələstin bayraqlarının əks olunduğu iki rəqqas əl-ələ tutaraq qucaqlaşıblar.

Finalın 26 iştirakçısı arasında 10-cu yeri tutan islandiyalılar birbaşa televiziya efirində nəticələri elan olunan zaman üzərində "Palestine" yazılmış və Fələstin bayrağı rənglərinin əks olunduğu ən azı iki şərf nümayiş etdiriblər. Sonradan onlar müsabiqə təşkilatçılarının qadağan olunmuş atributu qrup üzvlərinin əlindən almalarını əks etdirən fideoçarx paylaşıblar.

"Biz hər şeyə rəğmən səhnədən siyasi platforma kimi istifadə edirik. Hərdən qaydalara riayət etmək lazım gəlir. Lakin işğala son qoyulmalıdır, İsrail məsuliyyət daşımalıdır", - deyə "Hatari" qrupunun üzvləri bildirib.

Son xəbərlər

Orphus sistemi