Türkiyənin tanınmış aktyoru Kıvanc Tatlıtuğ ötən gün axşam saatlarında koronavirus şübhəsilə xəstəxanaya yerləşdirilib.
“Report” xəbər verir ki, bunu 37 yaşlı aktyor öz “Twitter” səhifəsində açıqlayıb.
“Hamıya salam, 15 gündür yoldaşımla evimizdə idik. Ancaq səhhətimlə bağlı getdiyim xəstəxanada məni müşahidə altına alıblar. Lütfən, narahat olmayın. Mən yetərincə yaxşıyam və testin nəticəsini gözləyirəm. Nəticə çıxarsa, sizə bilgi verəcəyəm. Sağlıqla qalın”, - aktyor bildirib.
Qeyd edək ki, Türkiyədə koronavirus qurbanlarının sayı 214 nəfərdir. Qeydə alınmış yoluxmaların rəsmi sayı isə 13,5 mindən çoxdur.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 203 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 862 700-ü ötüb. Bunların 179 128 nəfəri sağalıb, 42 534 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.