Bakı. 13 avqust. REPORT.AZ/ İspaniyada konsertdə platformanın çökməsi nəticəsində xəsarət alanların sayı 266-ya çatıb.
Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
Son məlumatlara görə, beş nəfərin, o cümlədən yetkinlik yaşına çatmayan iki nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir. Polis hadisə nəticəsində ölənlərin olmadığını bildirib.
*** 10:26
İspaniyanın Viqo şəhərində keçirilən konsert zamanı taxta konstruksiyanın çökməsi nəticəsində 130-a yaxın insan yaralanıb
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə "O Marisquiño" festivalı çərçivəsində keçirilən konsert zamanı baş verib.
Sahil kənarında quraşdırılan taxta platforma izləyicilərin ağırlığına dözməyib və çöküb. Nəticədə çox sayda insan suya düşüb. Xəsarət alanların hamısı xəstəxanaya çatdırılıb. Onlardan dördününü vəziyyətinin ağır olduğu bildirilir.