Bakı. 31 avqust. REPORT.AZ/ İraq və Fələstin Qüds şəhərində keçiriləcək “Eurovision 2018” mahnı müsabiqəsini boykot edib.
“Report” xəbər verir ki, bunu İraqın Rusiyadakı səfiri Haydar Mansur Hadi deyib.
O, cümə günü Moskvada Fələstin Dövlətinin səfiri Abdelhafiz Nofal ilə görüşüb. Diplomatlar ikitərəfli əlaqələri müzakirə edib və Qüds şəhərinin mübahisəli statusuna görə müsabiqəni boykot etməyi qərara alıblar.
Səfir bildirib ki, İraq və Fələstin Qüdsdə bu yarışmanın keçirilməsinə qarşıdır: "Çünki şəhərin mübahisəli statusu İsrail və Fələstin arasında münaqişənin həlli üçün əsas maneədir. Qüdsdə keçirilən "Eurovision 2018" mahnı müsabiqəsi bu şəhərin İsrailin paytaxtı kimi qeyri-rəsmi tanınması deməkdir".
H.Hadi vurğulayıb ki, İsrail öz siyasi məqsədlərinə nail olmaq üçün "Eurovision"dan istifadə etməyə çalışır: "Biz beynəlxalq ictimaiyyətə İsrailin bu hadisəni siyasiləşdirməsini qınamasını tövsiyə edirik".
Səfir Rusiyanı da mahnı müsabiqəsini boykot etməyə çağırıb.