"Gözəlçə" və "Qaçmış gəlin" filmlərinin rejissoru vəfat edib

"Gözəlçə" və "Qaçmış gəlin" filmlərinin rejissoru vəfat edib 82 yaşlı Harri Marşallın dəfn mərasimi mətbuata qapalı keçiriləcək
Şou-biznes
20 İyul , 2016 11:15
Gözəlçə və Qaçmış gəlin filmlərinin rejissoru vəfat edib

Bakı. 20 iyul. REPORT.AZ/ Amerikanın tanınmış rejissoru Harri Marşall 82 yaşında vəfat edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bir neçə məşhur filmi ekranlaşdıran rejissor ağciyərlərin kəskin iltihabı xəstəliyindən dünyasını dəyişib. 

O, eyni zamanda insult keçirib. 

Rejissorun dəfn mərasimi mətbuata qapalı keçiriləcək. H.Marşallın xatirəsinə həsr edilən anım mərasiminin noyabrda keçirilməsi qərara alınıb. Belə ki, noyabrın 13-də onun doğum günüdür.

Qeyd edək ki, H.Marşall "Gözəlçə", "Qaçmış gəlin", "Müqəddəs Valentin günü" və s. filmlərin rejissoru olub. O, kinoya 1980-ci illərin əvvəllərində gəlib. 20-dən çox filmi məşhurluq qazanıb.

Rejissora uğur gətirən ekran əsəri baş rollarında Culiya Roberts və Riçard Girin çəkildiyi "Gözəlçə" filmi olub. Bu filmin uğurundan sonra H.Marşall Culiya Roberts və Riçard Girlə əməkdaşlığını davam etdirib və "Qaçmış gəlin" filmini çəkib. 

Son xəbərlər

Orphus sistemi