Bakı. 23 noyabr. REPORT.AZ/ Yerli kinoteatrlar üçün tanınmış şəxslərin - xalq artisti Fuad Poladov, teleaparıcı Afaq Gəncəli, Tural Əsədov, rəqqasə Oksana Rəsulva və akrtisa Pərvin Abıyevanın iştirakı ilə “Amerika Pastoralı” Hollivud filmi Azərbaycan dilinə dublyaj olunub.
“Report”un xəbərinə görə, bu barədə “CinemaPlus” kinoteatrının sosial səhifəsi məlumat yayıb.
Qeyd edək ki, film amerikalı yazıçı Filip Rotun eyni adlı romanı əsasında çəkilib. Filmdə nümunəvi amerikalı – qanuna tabe olan vətəndaş, sevən ər və qayğıkeş ata, atasının vəfatından sonra varisi olmuş öz fabrikində işləyən sahibkar haqqında danışılır.
Dramın rejissoru məşhur şotland aktyoru Yuen MakQreqordur və ekran işində baş rolu məhz özü oynayıb.