Bakı. 22 may. REPORT.AZ/ Azərbaycanı "Eurovision" yarışmasında təmsil edən Elnur Hüseynov 24-cü çıxış edəcək. "Report" müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, "Eurovision" müsabiqəsinin finalında çıxış edəcək iştirakçılar aşağıdakı qaydada səhnəyə çıxacaqlar: Sloveniya, Fransa, İsrail, Estoniya, Böyük Britaniya, Ermənistan, Litva, Serbiya, Norveç, İsveç, Kipr, Avstraliya, Belçika, Avstriya, Yunanıstan, Monteneqro, Almaniya, Polşa, Latviya, Rumıniya, İspaniya, Macarıstan, Gürcüstan, Azərbaycan, Rusiya, Albaniya və İtaliya.
Çıxışların sıralanmasını şounun prodüserləri müəyyən ediblər.
Xatırladaq ki, Azərbaycan təmsilçisi Elnur Hüseynov "Wolf Hour" ("Canavar saatı") mahnısını ifa edərək, mayın 23-də Vyanada keçiriləcək finala vəsiqə qazanıb.