"Eurovision-2017" müsabiqəsinin keçiriləcəyi şəhər məlum olub

"Eurovision-2017" müsabiqəsinin keçiriləcəyi şəhər məlum olub Müsabiqənin keçirilməsi hüququ uğrunda Kiyev, Dnepr və Odessa şəhərləri mübarizə aparıb
Şou-biznes
124
9 Sentyabr , 2016 14:55
Eurovision-2017 müsabiqəsinin keçiriləcəyi şəhər məlum olub

Bakı. 9 sentyabr. REPORT.AZ/  61-ci "Eurovision-2017" müsabiqəsi Kiyevdə keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə qərar Ukrayna Milli Televiziya Şirkətinin (NTU) xüsusi iclasında qəbul olunub. 

Müsabiqə Kiyevin Beynəlxalq Sərgi Mərkəzində keçiriləcək. 

Qeyd edək ki, ötən il Stokholm şəhərində keçirilən müsabiqənin qalibi Ukraynanı təmsil edən müğənni Camala olub. O, Krım tatarlarının deportasiyasından bəhs edən “1944” mahnını ifa edib.  Müsabiqənin keçirilməsi hüququ uğrunda Kiyev, Dnepr və Odessa şəhərləri mübarizə aparıb.

Müsabiqə 2017-ci il mayın 9, 11 və 13 tarixlərində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi