"Eurovision-2015" müsabiqəsində Azərbaycanın milli münsiflər heyətinin tərkibi məlum olub

Şou-biznes
  • 01 may, 2015
  • 12:36
Eurovision-2015 müsabiqəsində Azərbaycanın milli münsiflər heyətinin tərkibi məlum olub

Bakı. 1 may. REPORT.AZ/ "Eurovision-2015" mahnı müsabiqəsində Azərbaycanın milli münsiflər heyətinin tərkibi məlum olub.

"Report" müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, münsiflər heyətinin tərkibində hər bir ölkədən 6 məşhur incəsənət xadimi iştirak edir. 

Azərbaycan münsiflər heyətinin tərkibinə bu il Zümrüd Dadaşzadə (sədr), Azər Zeynalov, Samirə Allahverdi, Tünzalə Ağayeva, Faiq Ağayev və Fidan Hacıyeva daxil olub.

Qeyd edək ki, bu il "Eurovision-2015" mahnı müsabiqəsi mayın 17, 19 və 21-də Vyanada "Stadthalle" zalında keçiriləcək. Azərbaycanı müsabiqədə Elnur Hüseynov "Hour of Wolf" mahnısı ilə təmsil edəcək. 

Müsabiqədə milli səsvermənin nəticələri münsiflər heyəti və tamaşaçıların səsvermə ballarının toplanması ilə formalaşır.