Məşhur ingilis müğənnisi plagiata görə məhkəməyə verilib

Məşhur ingilis müğənnisi plagiata görə məhkəməyə verilib Bakı. 4 yanvar. REPORT.AZ/ İngilis musiqiçi Ed Şiran plagiatda ittiham olunur.
Şou-biznes
4 Yanvar , 2019 12:14
Məşhur ingilis müğənnisi plagiata görə məhkəməyə verilib

Bakı. 4 yanvar. REPORT.AZ/ İngilis musiqiçi Ed Şiran plagiatda ittiham olunur.

“Report” "The Hollywood Reporter" nəşrinə istinadən xəbər verir ki, iddiaya görə, müğənni "Thinking Out Loud” mahnısını qismən Marvin Gayin "Let's Get It On" adlı kompozisiyasından köçürüb.

M.Gay məsələyə görə E.Şiranı məhkəməyə verib. E.Şiran isə məhkəmədə deyib ki, iki müsiqi bir-birinə çox da bənzəmir. Lakin hakim onun arqumentini qəbul etməyib. 

E.Şiran məhkəmənin sadələşdirilmiş qaydada aparılmasını istəyib. Hakim bu tələbi rədd edib.

Sonda məhkəmə qərarını elan edib. Qərara əsasən, iki kompozisiyanın elementləri arasında müəyyən bir bənzərliyə əlavə olaraq, dinləyicinin həmin iki mahnının estetik görünüşünü də eyni şəkildə qəbul edəcəyini qeyd etmək lazımdır.

Qeyd edək ki, E.Şiran 2018-ci ildə müxtəlif ölkələrə ən çox qastrol səfərlərinə çıxan müğənni seçilib. O, qastrollardan qazandığı vəsaitə görə də ötən il birinci yeri tutub.  

Son xəbərlər

Orphus sistemi