“Disney” Kapitan Amerika haqqında dördüncü filmi hazırlayır

“Disney” Kapitan Amerika haqqında dördüncü filmi hazırlayır Sem Uilson obrazının yenidən Entoni Maki tərəfindən canlandırılacağı, filmdə əsas rolun məhz ona veriləcəyi güman edilir
Şou-biznes
24 Aprel , 2021 13:38
“Disney” Kapitan Amerika haqqında dördüncü filmi hazırlayır

“Disney” şirkəti “Marvel Studios” ilə birlikdə “Marvel” komikslərinin qəhrəmanı Kapitan Amerika haqqında dördüncü film üzərində işləyir.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə “The Hollywood Reporter” məlumat yayıb.

Qeyd olunur ki, layihənin ssenari müəllifləri “Şahin və qış əsgəri” serialının yaradıcıları Malkom Spellman və Dalan Mussondur. Şou “Disney+” striminq xidmətində yayımlanıb.

Sem Uilson obrazının yenidən Entoni Maki tərəfindən canlandırılacağı, filmdə əsas rolun məhz ona veriləcəyi güman edilir. Ancaq aktyorlar Kris Evans (Kapitan Amerika) və Sebastyan Stenin (Baki Barns) iştirakları hələlik təsdiqlənməyib.

Son xəbərlər

Orphus sistemi