"CinemaPlus"da əfsanəvi mobil oyun "Angry Birds kinoda" cizgi filminin nümayişinə başlanıb - VİDEO

"CinemaPlus"da əfsanəvi mobil oyun "Angry Birds kinoda" cizgi filminin nümayişinə başlanıb - VİDEO Klay Kaytis və Fergal Reilly duetinin rejissoru olduğu cizgi filminin ssenarisi Con Vittiyə məxsusdur
Şou-biznes
13 May , 2016 16:47
CinemaPlusda əfsanəvi mobil oyun Angry Birds kinoda cizgi filminin nümayişinə başlanıb - VİDEO

Bakı. 13 may. REPORT.AZ/ Premium kinoteatrlar şəbəkəsi CinemaPlus "Angry Birds kinoda" animasiya filminin nümayişlərinə başlayıb.

"Report"un məlumatına görə, animasiya filmi məşhur oyun personajları olan quş və donuz balalarının məşhur qarşıdurması haqqında danışacaq, həmçinin sevimli qəhrəmanların maraqlı sirlərini açacaq.

Klay Kaytis və Fergal Reilly duetinin rejissoru olduğu cizgi filminin ssenarisi Con Vittiyə məxsusdur. Baş rollarda Piter Dinkleyc, Ceyson Sudeykis, Bill Heyder, Kiqen-Maykl Ki, Coş Qed və başqaları çəkiliblər.

Xatırladaq ki, hadisələr uça bilməyən quşların məskunlaşdığı cənnət adasında cərəyan edir. Onların arasında 3 uğursuz - Qırmızı, Qara, Sarı var.

Adaya donuzlara oxşar işğalçılar hücum etməzdən öncə onların qabiliyyəti heç kimə lazım deyil. Lakin bu məqamda qəhrəmanlarımız yada düşür. Yalnız onlar yaşıl donuz balalarının yürüşünü dayandıra bilərlər.

Qeyd edək ki, "CinemaPlus" "28 mall" kinoteatrı Azadlıq prospekti 45 ünvanında, "28 mall" Ticarət Mərkəzinin 5-ci mərtəbəsində yerləşir.

Xatırladaq ki, bu yaxınlarda həmçinin, Azərbaycanın ikinci böyük şəhəri Gəncədə "CinemaPlus" kinoteatrının açılışı baş tutub. Kinoteatr Nizami küçəsi 8 ünvanında "Xəmsə Park" Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşir.

Ətraflı məlumat üçün "CinemaPlus"un İOS və Android əməliyyat sistemli smartfonlar üçün yaratdığı yeni mobil əlavəni yükləmək mümkündür.

Son xəbərlər

Orphus sistemi