“CinemaPlus” “Maşın Şou”nun rəsmi tərəfdaşı olub - VİDEO

Şou-biznes
  • 05 oktyabr, 2017
  • 16:44
“CinemaPlus” “Maşın Şou”nun rəsmi tərəfdaşı olub - VİDEO

Bakı. 5 oktyabr. REPORT.AZ/ “CinemaPlus” kinoteatrlar şəbəkəsi təşkilatçısı “M Group Production” olan “Maşın şou”nun rəsmi tərəfdaşı olub.

"Report"un məlumatına görə, 15-ci mövsümün “Xanımlar və cənablar” adı altında ilk efir buraxılışı oktyabrın 8-i saat 22:15-də ATV kanalında baş tutacaq. 

Maşın ətrafında 18 nəfər ulduz iştirakçının toplaşacağı şounun aparıcısı əməkdar artist Murad Dadaşov olacaq.

Həmçinin “CinemaPlus” kinoteatrlar şəbəkəsi şounu tərk edən hər bir “Maşın şou” iştirakçısına öz yeni məhsulu olan “Hədiyyə kartı”nı təqdim edəcək.

Qeyd edək ki, “Maşın şou” 2005-ci ildə yerli televiziya efirinə çıxıb və tamaşaçılar 12 il ərzində realiti-şounun 14 mövsümünü izləyiblər.

“CinemaPlus” “Maşın Şou”nun rəsmi tərəfdaşı olub - VİDEO

44 filmi