“CinemaPlus” kriminal trilleri Azərbaycan dilinə dublyaj edib - VİDEO

“CinemaPlus” kriminal trilleri Azərbaycan dilinə dublyaj edib - VİDEO “CinemaPlus” premium kinoteatrlar şəbəkəsi Azərbaycan dilinə peşəkar səviyyədə dublyaj olunan beşinci filmin nümayişinə başlayıb
Şou-biznes
16 Dekabr , 2016 09:32
“CinemaPlus” kriminal trilleri Azərbaycan dilinə dublyaj edib - VİDEO

Bakı. 16 dekabr. REPORT.AZ/ “CinemaPlus” premium kinoteatrlar şəbəkəsi Azərbaycan dilinə peşəkar səviyyədə dublyaj olunan beşinci filmin nümayişinə başlayıb.

“Report”un məlumatına görə, “Cinemazadeh” studiyasının dublyaj etdiyi “Qonşu” filmi kriminal triller janrındadır.

Dublyajın baş redaktoru Xətai Əli, prodüsseri Tural Əsədov, səs rejissoru Orxan Həsənli, masterinq Azad Vəliyev, post-prodakşn supervayzer Vüqar İslamzadədir.

Filmin səsləndirilməsində Oleq Əmirbəyov, Rövşən Məmmədli, Nəzakət Məmmədli, Gülnarə Zülalova, Səid Nizami, Kamal Yaşar və Xətai Əli iştirak ediblər.

Kriminal trillerin rejissoru Markus Danstendir. Baş rollarda Coş Stuart, Melissa Bolona və Aleksandra Essou çəkilib.

Qeyd edək ki, filmin sujet xəttinə əsasən Con və Rozi xoşbəxt həyat arzulayırlar. Bir məsələni bitirib və keçmişi geridə qoymaq olar. Lakin taleyin başqa planları var... Bir gün evə qayıdan Con, Rozinin yox olduğunu görür. İtmiş Rozinin axtarışına çıxan Con sirli qonşunun evinə daxil olur. Orada dəhşətli sirlər açılır, hansıları ki, heç narahat etməsə yaxşıdır. Conun ən pis qorxuları, evdə baş verənlərin yanında uşaq əyləncəsi kimi görsənir...   

Son xəbərlər

Orphus sistemi