“CinemaPlus”da Milli Kino Günü keçirilib

“CinemaPlus”da Milli Kino Günü keçirilib “CinemaPlus Amburan Mall” premium kinoteatrında Milli Kino Günü qeyd edilib.
Şou-biznes
5 Avqust , 2019 12:16
“CinemaPlus”da Milli Kino Günü keçirilib

“CinemaPlus Amburan Mall” premium kinoteatrında Milli Kino Günü qeyd edilib.

Şirkətdən "Report"a verilən məlumata görə, kino işçilərin peşə bayramı münasibətilə baş tutan gecədə qonaqlara “Əlvida, Şmidt!” filmi təqdim olunub.

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Mozalan” studiyası və “YOL” İlk Elmi Populyar dərginin ərsəyə gətirdiyi ekran işi tragikomediya janrındadır.

Filmin yaradıcı heyəti, aktyorlar, media nümayəndələri və bloqqerlər ekran işini seyr ediblər.

Ekran əsərinin rejissoru və prodüseri Əli-Səttar Quliyev, ssenari müəllifli Rüstəm Babazadə, operator Nadir Mehdiyev, ikinci rejissoru Akif Rüstəmov, rəssamı Əziz Məmmədov, bəstəkarı İsfar Sarabski, icraçı prodüseri Tərlan Babayev, bədii rəhbəri isə Lalə Kazımovadır.

Filmdə baş rolları Əməkdar artist Rasim Cəfər, aktyor Azər Aydəmir, Tiflis Dövlət Akademik Rus Dram Teatrının aktrisası Mariam Kitiya canlandırıb.

Bundan başqa, filmdə Xalq artistləri Rasim Balayev, Rafiq Əliyev, Qurban İsmayılov, Şamil Süleymanlı Əməkdar artist Zemfira Sadıqova, aktrisa Günel Məmmədova, Əlixan Rəcəbov və başqaları çəkilib.

Filmin süjet xətti Azərbaycanda doğulmuş almaniyalı Emil Şmidtdən bəhs edir. Hansı ki, o, ölkəmizdə öz xoşbəxtliyinə və sevgisinə qovuşur. Filmdəki hadisələr Göygöl rayonunda (öncələri isə Yelenendorfda) cərəyan edir.

Tədbirin keçirilməsində “Cinema Distribution”, “Cinemazadeh”, “Lunchef catering” MMC, “Xırdalan” pivəsi və “Şeh” suları təşkilatı dəstək göstəriblər.

Çoxdandır gözlənilən tragikomediya sentyabrdan etibarən nümayiş olunacaq!

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sizi sevindirməyə hazırdır.

Son xəbərlər

Orphus sistemi