“CinemaPlus”da “Anonim qatillər klubu” azərbaycanca nümayiş olunur - VİDEO

“CinemaPlus”da “Anonim qatillər klubu” azərbaycanca nümayiş olunur - VİDEO “CinemaPlus” premium kinoteatrlar şəbəkəsində “Anonim qatillər klubu” savaş filminin azərbaycanca nümayişi keçirilir.
Şou-biznes
11 İyul , 2019 13:00
“CinemaPlus”da “Anonim qatillər klubu” azərbaycanca nümayiş olunur - VİDEO

“CinemaPlus” premium kinoteatrlar şəbəkəsində “Anonim qatillər klubu” savaş filminin azərbaycanca nümayişi keçirilir.

Şəbəkədən "Report"a verilən məlumata görə, “Cinemazadeh” studiyasının 2019-cu il peşəkar dublyajı olan filmi Ofeliya Novruzqızı, Günel Məmmədova, Emin Nəsirli, Azadə Abbasova, Azər Aydəmir, Vusal Həci-Qədir, Gülnarə Zülalova, Allahverdi Yolçiyev, Samir Ələskərov, Vüqar Hüseynov, Ellada Hüseynova və Azər Quliyev səsləndiriblər.

Dublyajın rejissoru Samir Ələskərov, baş redaktoru Vüqar Hüseynov, tərcümə və redaktoru Vüsal Əhmədzadə, səs rejissoru Orxan Ağalarov, səs operatoru Ağamalik Abbaszadə, post-prodakşn Rüfət Kərimzadə, icraçı prodüsseri Əli-Səttar Quliyev, baş prodüsseri isə Cəfər Axundzadədir.

Filmin rejissoru Martin Ouendir. Rollarda Hari Oldman, Cessika Alba, Syuki Voterhaus və s. çəkiliblər. 

Şəhərin muzdlu qatilləri gizli məkanda - anonim qatillər klubunda görüşürlər. Onlar burada öz vəhşi istəklərini dəf etməyi öyrənməyə çalışırlar. ABŞ senatoru qətlə yetirilən gecə kluba yığışan muzdlu qatillərin arasında anlaşılmazlıq baş verir, hamı bir-birindən şübhələnməyə başlayır. Sonda isə məlum olur ki, əslində, onların hamısı təsəvvür etmədikləri və çox təhlükəli bir oyunun qurbanına çevriliblər.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.

Son xəbərlər

Orphus sistemi