Bu il "Eurovision" müsabiqəsini 204 milyon nəfər izləyib

Bu il "Eurovision" müsabiqəsini 204 milyon nəfər izləyib Tamaşaçıların əksəriyyəti Almaniyanın payına düşüb
Şou-biznes
24 May , 2016 11:08
Bu il Eurovision müsabiqəsini 204 milyon nəfər izləyib

Bakı. 24 may. REPORT.AZ/ Stokholmda keçirilmiş "Eurovision-2016" mahnı müsabiqəsini 42 ölkədə 204 milyon nəfər izləyib. Bu isə 2015-ci illə müqayisədə 5 milyon nəfər çoxdur.

"Report" müsabiqənin saytına istinadən xəbər verir ki, Avropa Yayım Birliyinin baş direktoru İnqrid Delterne müsabiqənin hər il daha çox tamaşaçı cəlb etməsindən məmnunluğunu ifadə edib.

Əhalisinin sayına nisbətdə "Eurovision"u daha çox izləyən ölkə İslandiya olub: ada ölkəsində teletamaşaçıların 95,3%-i final yarışmasını izləyib.

Maraqlıdır ki, Almaniya finalda son sırada qalsa da, məhz bu ölkə 9,3 milyon nəfər göstəriciylə "Eurovision-2016"da tamaşaçı sayında birinci sırada qərarlaşıb.

Qeyd edək ki, "Eurovision-2016" mahnı müsabiqəsi mayın 10-u, 12-si və 14-də Stokholmun "Globe Arena" səhnəsində keçirilib. Azərbaycan təmsilçisi Səmra Rəhimli "Miracle" (Möcüzə) mahnısıyla 17-ci yeri tutub.

Müsabiqənin qalibi isə Krım tatarlarının sürgün edilməsindən bəhs edən "1944" mahnısıyla Ukrayna təmsilçisi Camala olub.

Son xəbərlər

Orphus sistemi