Britaniyanın tanınmış aktrisası vəfat edib

Britaniyanın tanınmış aktrisası vəfat edib Viktoriya Vud BAFTA mükafatının beşqat sahibi olub
Şou-biznes
21 Aprel , 2016 09:07
Britaniyanın tanınmış aktrisası vəfat edib

Bakı. 21 aprel. REPORT.AZ/ Böyük Britaniyanın tanınmış aktrisası və bəstəkarı Viktoriya Vud 62 yaşında vəfat edib.

"Report" xəbər verir ki, aktrisa uzun zamandır xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

V.Vud komediya aktrisası kimi tanınıb. 1980-ci ildən başlayaraq Britaniyada çəkilən komediya seriallarında rol alıb.

Yaradıcılığı boyu 53 filmə çəkilən aktrisanın ən yaxşı ekran əsəri "Balet ayaqqabısı" filmində yaratdığı obraz olub.

2008-ci ildə V.Vud Britaniya İmperiyasının komandor ordeni ilə təltif edilib. Beş dəfə BAFTA kino mükafatına sahib olub.

İngilis versiyası Victoria Wood dies at 62

Son xəbərlər

Orphus sistemi